Bakı. 15 aprel. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. 
Əməliyyat saat 01:54-də başa çatıb.