AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, əldə edilmiş məlumata görə, autizmli uşaqların 30 faizə qədəri epilepsiyanın müəyyən bir formasına tutulur.
Mütəxəssislər prosesin lokallaşdırılması və inkişaf mexanizmləri barədə informasiya əldə etmək üçün siçovullar üzərində təcrübə aparıblar. Yeni kəşf epilepsiyanın və autizmin müalicəsi üçün yeni vasitələrin işlənib hazırlanmasına kömək edə bilər. Nəzəriyyələrdən birinə görə, epilepsiya və autizm valproy turşusunun sinir sisteminə təsiri nəticəsində yaranır. Valproy turşusu preparatı siçovul balalarının orqanizminə yeridildikdən sonra 0nlarda epilepsiyaya bənzər əlamətlər inkişaf edib.
Milli.Az