Tbilisi, 14 aprel, AZƏRTAC
Tbilisidə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Azərbaycan idmançısı Əfqan Bayramov (77 kq) birdənqaldırma üzrə yarışda 141 kiloqram nəticə ilə çempionatı dördüncü yerdə başa vurub.
Atletimiz təkanla qaldırmada birinci cəhddə 180, ikinci cəhddə isə 192 kiloqramın öhdəsindən asanlıqla gəlib. Lakin o, 196 kiloqram çəkidə müvəffəqiyyət qazana bilməyib. Bununla da Əfqan Bayramov “B” qrupunda mübarizəni 333 kiloqramla ikinci yerdə başa vurub.
İdmançılarımızdan “A” qrupunda mübarizə aparmalı olan İvan Stoitsov isə naməlum səbəbdən körpücük üzərinə çıxmayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi