İsveçrənin nüfuzlu “L’Extension” jurnalında ilk Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edilib
Bern, 14 aprel, AZƏRTAC
İsveçrənin geniş oxucu kütləsinə malik nüfuzlu “L’Extension” jurnalında müəllif Klod Eqinin “Bakıda birinci Avropa Oyunları: Yeni tədbir üçün Olimpiya ruhu” sərlövhəli məqalə dərc edilib. Məqalədə bu ilin iyununda ilk dəfə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətindən söz açılıb, çoxnövlü idman yarışında Avropanın 49 Olimpiya Komitəsindən 6 minədək atletin idmanın 20 növü üzrə mübarizə aparacağı bildirilib.
Müəllif Avropa Olimpiya komitələrinin prezidentlərinin Azərbaycanda Oyunların keçiriləcəyi idman qurğularına bir neçə dəfə səfər etdikdən sonra bu mötəbər tədbirə hazırlığın yüksək sürət və keyfiyyətindən, habelə təşkilatçılıq səviyyəsindən əmin olduqlarını qeyd edib. Azərbaycanda Oyunlara hazırlıq prosesi çərçivəsində həyata keçirilən iri infrastruktur layihələrindən söhbət açılan yazıda 68 min tamaşaçı yerlik Bakı Olimpiya Stadionunun dünyada ən müasir arenalardan biri olduğu xüsusi vurğulanıb.
Bakının, həmçinin mədəniyyət baxımından cəlbedici olduğunu vurğulayan K.Eqi yazır: “Bakı bir mədəniyyət şəhəridir. Oraya səfər etdikdə buna tam əmin olmaq mümkündür. Bu, qədim simasını saxlayan və arxeoloji zənginliklərini sərgiləyə bilən şəhərdir. Bu şəhərdə cəsarətli arxitektur layihələri həyata keçirilib ki, onlardan biri də gecələr dövlət bayrağının rənglərinə uyğun işıqlandırılan və bir növ möhtəşəm tamaşa təqdim edən məşhur “Alov qüllələri”dir. Burada yeni tikililər çox vaxt müstəsna memarlıq üslubuna inşa olunur”.
Oyunların digər məqsədinin iqtisadi, ekoloji və sosial vəziyyəti daha da yaxşılaşdırmaq olduğunu qeyd edən müəllif xüsusən tarixi Böyük Şor gölünün ətrafında davamlı inkişaf qaydalarına uyğun aparılan abadlaşdırma işlərini yüksək qiymətləndirib. “Avropa Oyunlarını insanlar arasında bərabərliyə və sülhə çağıran Olimpiya ruhundayüksək səviyyədə təşkil etmək Azərbaycanı xarakterizə edən multikulturalizm dəyərlərini bütün dünyaya göstərəcək”, - deyə məqalədə vurğulanır.
Həyata keçirilən layihələrin Azərbaycanın iqtisadiyyatının və tikinti sənayesinin inkişafına güclü təkan verdiyini diqqətə çatdıran müəllif Bakıda və ətraf ərazilərdə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib.
Məqalənin tam mətni ilə jurnalın internet səhifəsində tanış olmaq mümkündür: http://www.lextension.com/journeauxPdf/51/
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10