Yaxın 2 gün ərzində Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a verilən məlumata görə, temperatur ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Artıq bu gündən etibarən yağıntı kəsiləcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz, 14-19 dərəcə isti olacaq. Havanın temperaturunun gecə 2-7, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 7-12 dərəcə isti olacaq.