Parisdə "Nina Ricci" moda evinin varisi 73 yaşalı Arlet Riççi bir il azadlıqdan məhrum edilib. ANS PRESS-in "Agence France-Presse"ə istinadla verdiyi məlumata görə, bundan əlavə varis bir milyon avro cərimə də ödəməli olacaq.

Paris məhkəməsi "Nina Ricci" markasının varisini vergidən yayınmamaqda və qeyri-qanuni gəlir əldə etməkdə ittiham edib. Nina Riccinin nəvəsi 22 milyon avro gəlir gizlədib.

Məhkəmə həmçinin onun 4 milyon avroluq daşınmaz əmlakının müsadirəsi haqda da qərar verib.

73 yaşlı varisin vəkili apellyasiya iddiası qaldırmağa hazırlaşır.

Qeyd edək ki, onun 51 yaşlı qızı Ricci Marqo Vinya da cinayətdə iştiraka görə məsuliyyətə cəlb edilib. O, 8 ay şərti cəza alıb.
Mənbə
ANS PRESS