Şəhər sakinləri qorxu dolu anlar yaşadılar
"Region TV"də yayımlanan "Çəkən var" verilişi yenə məzəli, maraqlı süjetləri ilə tamaşaçıları sevindirib.
Süjetlərin birində, ssenariyə əsasən, verilişin aktyoru şəhər sakinlərinə yaxınlaşıb onlardan uzun müddətdir evdar heyvan kimi saxladığı ilanın itdiyini, ilanı görsələr, məlumat vermələrini xahiş edir, təşəkkür edib sağollaşır.
Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz sakinlərin, aktyorun yanından ayrıldıqdan bir neçə saniyə sonra oyuncaq olduğunu bilmədikləri ilanla qarşılaşmaları maraqlı anların yaşanmasına səbəb olub.
Milli.Az