Türkiyə Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq.

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib. Səfir qeyd edib ki, rəsmi Ankara bu yarışa böyük önəm verir.

"Hazırda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Avropa Oyunları zamanı Bakıya gəlməsi məsələsi müzakirə edilir. Hələ ki, biz bu haqda dəqiq informasiya verə bilmərik", - deyə səfir bildirib.

Xatırladaq ki, Bakıda baş tutacaq ilk Avropa Oyunları 12 iyundan 28-dək keçiriləcək.
Mənbə
ANS PRESS