Planetin nüfuzlu "Eurosport" kanalı ilə əldə olunmuş razılığa əsasən, "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün 3-cü, 4-cü və 5-ci mərhələləri adı çəkilən telekanal vasitəsilə canlı yayımlanacaq. 1-ci və 2-ci mərhələlər isə yarım saatlıq icmal şəklində tamaşaçılara təqdim ediləcək. Veloyürüş başa çatdıqdan sonra "Eurosport" bütün mərhələlərdən bəhs edən daha bir icmal yayımlayacaq. Azərbaycanda isə bu missiyanı "Idman Azərbaycan" həyata keçirəcək. Telekanal turun 5 mərhələsinin hamısını canlı yayımlayacaq.
Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar.