"Napoli"nin forvardı Qonsalo İquain "Arsenal"ın maraq dairəsinə düşüb.
Denni Uelbek və Olivye Jirunun performansı Arsen Vengeri qane etmir. Bu səbəbdən də London klubu hücumçu axtarışlarına başlayıb. Metbuat.az-ın xəbərinə görə, "topçular" axtardıqlarını İtaliyada tapıb.
İquain daha yüksək səviyyəli klubda oynamaq istəyir. Bu səbəbdən də onun "Arsenal"a keçmək ehtimalı var.
Argentinalı futbolçunun transferi 40 milyon avro dəyərində qiymətləndirilir.