Bakı, 14 aprel, AZƏRTAC
On altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda UEFA-nın inkişaf turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, yığmamız Bayıl stadionunda son oyunda Yunanıstan komandasını 3:0 hesabı ilə məğlub edib. Turun “Dalğa Arena”da keçirilən digər oyununda isə Gürcüstan yığması qazaxıstanlı futbolçulara qalib gəlib – 2:0.
Beləliklə, hesabında 9 xal olan Azərbaycan millisi birinci, 6 xalla Gürcüstan yığması ikinci, 3 xalla Yunanıstan kollektivi üçüncü olub.