[ 14 Aprel 2015 13:03 ]



Bakı. Fuad Cəfərov – APA. Bakı sakini saxta pulla yaxalanıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Soltanovdan 25 ədəd 100 manatlıq saxta əskinas götürülüb.