"Bernli"nin forvardı Denni İnqs "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, tərəflər artıq danışıqlara başlayıblar. "Mankunyanlar" hücumçunun qarşılığında 5 milyon funt ödəməyə hazırdırlar.

Cari mövsümdə Premyer Liqada 29 matçda meydana çıxan İnqsin aktivində 9 qol, 4 məhsuldar ötürmə var.