Matç 2:0 "Anji"nin xeyrinə bitib. Oyunda qollardan birini İlya Maksimov atıb. Futbolçu vurduğu qolu ötən həftə dünyasını dəyişən 3 yaşlı qızına ərmağan edib.
O, stadiona toplaşan hamını duyğulandırıb.
Futbolçu qol vurduqdan sonra formasını çıxarıb. Onun altdan geyindiyi ağ idman maykasında isə qızının fotosu və "sən həmişə mənim ürəyimdəsən" yazısı olub.
Kədərini gizlədə bilməyən oyunçuya komanda yoldaşları təsəlli veriblər.

Mənbə
ANS PRESS