Azərbaycan Maliyyə Nazirliyinin strukturuna daxil olan təşkilatlardan birinin rəhbəri vəfat edib.Abbas Salmanov 2009-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
Milli.Az “Report”a istinadən xəbər verir ki, nazirliyin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Abbas Salmanov dünyasını dəyişib.
Xatırladaq ki, A.Salmanov 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Allah rəhmət eləsin!
Milli.Az