Gəncədə hər kəs onu tar ustası, saz ustası, kamança ustası kimi tanıyır. Şəhərdə digər ustalar olsa da, Asif Quliyev düzəltdiyi alətlərdə öz dəsti-xəttini həkk edir. O, uşaq vaxtından aşıq və sazbənd olan atasından öyrəndiyi bu çətin işə cürə düzəltməklə başlayıb. Öhdəsindən məharətlə gəlir.

TTV (Region TV) xəbər verir ki, beləliklə, sayı 10-a çatan simli alətin mahir istehsalçısı bu alətlərin bəzilərinin hazırlanması sirlərinə yiyələnmək üçün hətta xarici ölkələrə də üz tutub.
Kiçik emalatxanada işləsə də, müasir texnoloji vasitələrdən, onlarla fərqli alətdən istifadə etməsi Asif Quliyevə sürətli və keyfiyyətli işləməyə imkan verir. Usta əlinin əməyi, gözünün nuru və ürəyinin sevgisini qataraq hazırladığı hər bir musiqi alətinə imzasını da qoyur. Həm də silinməyəcək şəkildə... Həmsöhbətim deyir ki, onun hazırladığı alətlərə xaricdən də sifarişlər olur.
 
Üç övlad sahibi olan Asif Qliyev bu sənəti gələcəkdə də yaşatmaq üçün övladlarını da öyrədir.

Videonu izləmək üçün şəkilə klikləyin.

фото