Son günlərdə dünya idman mətbuatında Edinson Kavaninin PSJ-ni tərk edəcəyi barədə xəbərlər yayılmışdı. Hətta "Le Parisien" uruqvaylı futbolçunun 40-60 milyon funt arası bir məbləğ qarşılığında "Mançester Yunayted"ə keçəcəyini iddia edirdi.
Metbuat.az-ın məlumatına görə, jurnalistlərin qarşısına çıxan Paris klubunun prezidenti Nasser Əl-Xelaifi bütün bu söz-söhbətlərə son qoyub:
"Kavani tərzini xoşladığım futbolçulardan biridir. O, bizim üçün çox önəmli oyunçudur. Kavaninin ayrılıb-ayrılmayacağını soruşmağınız çox mənasızdır. Paris onu, o da Parisi sevir".