[ 13 Aprel 2015 13:06 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda naməlum kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 12-də Nəsimi rayonunun Süleyman Rüstəm küçəsindən 20-25 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

 

Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.