NBA-da "Orlando" və "Nyu-York" arasında oynanılan matç məhsuldarlığın aşağı olması ilə diqqət mərkəzinə düşüb.
Hətta qarşılaşmanın ikinci periodunda cəmi 15 xal atılıb. Metbuat.az-ın xəbərinə görə, bu, NBA-da statistikaların hesablanmağa başladığı 1954-55 mövsümündən bəri bir period ərzində atılmış ən aşağı xal kimi tarixə düşüb.