[ 13 Aprel 2015 11:08 ]


Bakı. Hafiz Heydərov - APA. Tovuzda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qədirli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1997-ci il təvəllüdlü Nemət Rzayev həmkəndlisi, 1996-cı il təvəllüdlü İdris Paşayevi bıçaqlayaraq qətlə yetirib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd edək ki, qətli törədən şəxs məktəblidir.