"Çelsi"nin müdafiəçisi Branislav İvanoviç "Bavariya"nın maraq dairəsinə düşüb.
Metbuat.az "Daily Mirror"a istinadən xəbər verir ki, alman klubu yaxın günlərdə serb futbolçuya görə rəsmi danışıqlara başlamaq niyyətindədir. 31 yaşlı oyunçunun transfer dəyərinin yüksək olmadığı bildirilir.
"Bavariya" ilə yanaşı, PSJ-də İvanoviçlə yaxından maraqlanır.
Cari mövsümdə 42 matçda meydana çıxan müdafiəçinin aktivində 6 qol, 4 məhsuldar ötürmə var.