"Kara Para Aşk" teleserialında baş rolda oynayan aktrisa Tuba Büyüküstünün Bebekdə olduğunu öyrənən ərəb turistlər yeni seriyanın epizodunun çəkiliş meydançasının yanında gözləyiblər.
 
Aktrisa binadan çölə çıxanda ara qarışıb.
 
Milli.Az AHT-yə istinadən bildirir ki, məşhur aktrisa ilə şəkil çəkdirmək istəyən turistləri çəkilişin mühafizə xidmətinin əməkdaşları döyüblər.
 
Onlar jurnalistləri görəndə daha da qəzəbləniblər və media mənsublarına hücum ediblər.
 
Milli.Az