Türkiyədəki Diyarbəkir-Elazığ şossesində, Degirmendere bölgəsində jandramın keçirdiyi yol yoxlamaları zamanı bir avtomobil təftiş olunub. Maşında üzərində "Kurtlar Vadisi Pusu" teleserialında "Polat Aləmdar" rolunu oynayan Necati Şaşmazın rəsmi və "Murad Aləmdar" yazılmış 19500 qutu siqaret tapılıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, Ergani rayon Jandarm İdarəsi olayla bağlı araşdırmalara başlayıb.
 
Siqaretlər İraqın şimalında istehsal olunub. "Polat Aləmdar" obrazı Yaxın Şərq ölkələrində "Murad Aləmdar" kimi tanınır.

Milli.Az
Böyütmək üçün şəkilə klikləyin