Metbuat.az bildirir ki, məşhur stilist Sərxan ilə görüşən Sevinc Musayeva onunla bir araya gələrək, bir neçə layihə üçün yeni imic yaratmağa müraciət edib.
Sərxan Sevinc Musayevaya “Yalvarma” klipində gözəl “Vamp” imici yaradır. Fərqli imicdə çox müddət qalan Sevinc cəlbedici görünürdü. Sevinc Musayevanın “Vamp” imici Azərbaycanın və Türkiyənin mətbuatına təqdim edilməsi böyük ajiotaja səbəb olmuşdu. Belə ki, stilist Sərxanın Sevincə tətbiq etdiyi saç imicini Türkiyəli müğənni Ömür Gedik “Hey Onbeşli” adlı klipində təkrarlayıb.



