İtaliya A Seriyasında 30-cu turun oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

A Seriyanın lideri "Yuventus" cari mövsüm çətin günlərini yaşayan "Parma"nın qonağı olub. Turin təmsilçisi gözlənilmədən rəqibinə 0:1 hesabı ilə uduzub.

Səfərdə "Verona"nın qonağı olan "İnter" böyükhesablı qələbəyə sevinib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Milan təmsilçisi xalını 41-ə yüksəldib.

Qeyd edək ki, A Seriyasında 30-cu tura bu axşam keçiriləcək 7 oyunla yekun vurulacaq.

11 aprel

İtaliya A Seriyası, 30-cu tur

"Parma" - "Yuventus" - 1:0

Qol: Mauri, 60 (1:0)

"Genua" - "Kalyari" - 2:0
Qollar: Nianq, 52 (1:0), Falke, 58 (2:0)

"Verona" - "İnter" - 0:3
Qollar: İkardi, 11 (0:1), Palasio, 48 (0:2), Moras, 90+2-avtoqol (0:3)

12 aprel

"Çezena" - "Kyevo"

"Atalanta" - "Sassuolo"

"Latsio" - "Empoli"

"Napoli" - "Fiorentina"

"Torino" - "Roma"

"Udineze" - "Palermo"

"Milan" - "Sampdoriya"



Milli.Az