Qol.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutub.
La Liqanın lideri "Barselona" səfərdə "Sevilya"nın qonağı olub. Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Kataloniya təmsilçisi ikinci hissədə üstünlüyünü əldən verib - 2:2.
Doğma meydanda "Eybar"la qarşılaşan "Real" rəqibini 3 cavabsız qolla məğlub edib - 3:0. "Real"ın çempionluq yolunda əsas rəqiblərindən olan "Barselona" "Sevilya" ilə görüşdə xal itirdiyindən Madrid təmsilçisi xal fərqini 2-yə endirib.
Çempionluq yarışından bir qədər uzaqda qalan "Atletiko" (Madrid) klubu da turu xal itkisi ilə başa vurub. Səfərdə "Malaqa" ilə qarşılaşan Madrid təmsilçisi rəqibin müqavimətini qıra bilməyib - 2:2.
Qeyd edək ki, La Liqada 31-ci tura sabah keçiriləcək "Valensiya" - "Levante" matçı ilə yekun vurulacaq.
11 aprel
İspaniya La Liqası, 31-ci tur
"Real" (Madrid) - "Eybar" - 3:0
Qollar: Ronaldu, 21 (1:0), X.Hernandez, 31 (2:0), Xese, 83 (3:0)
"Malaqa" - "Atletiko" (Madrid) - 2:2
Qollar: Qrizman, 25 (0:1), F.Torres, 37-avtoqol (1:1), Samuel, 71 (2:1), Qrizman, 78 (2:2)
"Sevilya" - "Barselona" - 2:2
Qollar: Messi, 14 (0:1), Neymar, 31 (0:2), Baneqa, 38 (1:2), Qameyro, 84 (2:2)
"Almeriya" - "Qranada" - 3:0
Qollar: Teye, 45+1 (1:0), Espinosa, 59 (2:0), Teye, 87 (3:0)
"Selta Viqo" - "Rayo Valyekano" - 6:1
Qollar: Manuço, 1 (0:1), Larrivey, 6 (1:1), Mina, 21 (2:1), Larrivey, 37 (3:1), Mina, 40, 51, 56 (6:1)
12 aprel
"Qetafe" - "Vilyareal"
"Espanyol" - "Atletik" (Bilbao)
"Real Sosyedad" - "Deportivo"
"Kordoba" - "Elçe"
13 aprel
"Valensiya" - "Levante"
Milli.Az