Dünya futbolunun əfsanəsi sayılan Pele “Barselona”nın ulduzları Messi və Naymar barədə maraqlı fikirlər söyləyib.

ANS PRESS-in məlumatına görə, üçqat dünya çempionu hər iki futbolçunun klubundakı oyununu yığma komandayla müqayisə edib:

“Messi ilə Neymar “Barselona”da daha yaxşı oynayır, nəinki millidə. Hər iki futbolçu klubunda başqa oyun göstərir. Messi Argentina millisinə, Neymar da Braziliya yığmasına istənilən kimi kömək etmir”.
Mənbə
ANS PRESS