Hacı Allahşükür Paşazadə: “Bəzi adamlar çox qazanır, amma nə xüms bilirlər, nə də zəkat”

“Mən bu il 180-ə qədər dindarı Həcc ziyarətinə pulsuz göndərirəm. Prezident həzrətləri - İlham Əliyev isə 107 nəfəri göndərir”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə onun kartof-soğan, şüşə ticarəti ilə məşğul olması barədə gəzən şaiyələrə münasibət bildirərkən belə deyib. Bütün Qafqazın Şeyxi bildirib ki, onun ticarətlə məşbul olması barədə məlumatlar maraqlı şəxslər tərəfindən bilərəkdən yayılır.

“Mən ticarətlə məşğul olsam, onun xümsunu da, zəkatını da verərəm. Yəni mənim imkanım var, bunu eləyirəm. Amma başqa imkanlı adamlar da var, axı. Onlar heç kimi Həccə göndərmir, hansısa məscidə kömək etmirlər. Neçə ailələr var ki, biz onlara kömək edirik. Ona görə ki, biz Allah adamıyıq, Allahdan qorxuruq, xümsumuzu-zəkatımızı veririk. Amma o adamlar ki, həqiqətən ticarətlə məşğul olur və çox qazanır, nə xüms bilirlər, nə zəkat. Belələri heç kimə kömək eləmir”- deyə, Şeyxülislam bildirib.

Elxan SALAHOV