"Fənərbaхça"nın avtobusuna silahlı hücumdan sonra Türkiyə futbolunda yaranan gərginlik davam edir.

ANS PRESS-in məlumatına görə, Super Liqa matçlarının bu həftə təхirə salınmasından sonra ölkə rəhbərliyi məsələyə qarışıb.

Belə ki, prezident Rəcəp Tayyip Ərdoğan Türkiyə Futbol Federasiyanın prezidenti Yıldırım Demirören, Klublar Birliyi Fondunun prezidenti Göksel Gümüşdağ və Super Liqa klublarının kapitanlarından ibarət heyəti qəbul edəcək.

Görüş sabah İstanbuldakı Ulduz sarayında baş tutacaq. Toplantıda TFF-nin vitse-prezidenti Servet Yardımcı və milli komandanın baş məşqçisi Fatih Terimin də iştirakı gözləniilir.

Görüşdə həmçinin Türkiyə futbolunun gələcəyi barədə müzakirələr aparılacaq.
Mənbə
ANS PRESS