Belə əlamətləri hiss edən hər kəs mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Zob xəstəliyi kişilərə nisbətən daha çox qadınlarda özünü büruzə verir. Qeyd edək ki, yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara - süd və dəniz məhsulları, balıq, kürü, eləcə də qarabaşaq, buğda, kələm, qoz, xırnik, feyxoa kimi meyvə-tərəvəz məhsullarına, göyərtilərdən tərxuna üstünlük verilməsi məsləhət görülür.
Milli.Az