Aşıq Ədalət televizya efirində nalayiq ifadələr səsləndirib.

 

 

Lent.az-ın xəbərinə görə, ATV telekanalında yayımlanan “Səbəbkar” verilişinin növbəti sayı aşıqlara, aşıq musiqisinə münasibətə və problemlərə həsr olunub.

 

Verilişdə qonaqlara aşıq Namiqin saz havasına rəqqasə Aytəni oynatması ilə bağlı görüntülər izlədilib.

 

Sazla oriental oynadılmasına əsəbləri tab gətirməyən Aşıq Ədalət isə efirdə küçə sözləri ilə həmkarını və rəqqasəni təhqir edib.

 

Video görüntülərdən izlənildiyi qədər digər qonaqlar da bu davranışı gülüşlə qarşılayıblar.