[ 11 Aprel 2015 15:31 ]


Siyəzən. Vəli Turan – APA. Bu gün günorta saatlarında Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun rayonun Ağbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba rayon sakini Ələkbərov Yusif Firuz oğlunun idarə etdiyi “BMW” markalı, 99 EF 626 dövlət nömrə-nişanlı avtomaşında idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun qardaşı, 1988-ci il təvəllüdlü Asif Ələkbərov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Hər iki şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.