"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini İngiltərə Premyer Liqasının 32-ci turunda qarşılaşacaqları "Mançester Yunayted"lə oyun haqda danışıb.

Qol.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, çilili mütəxəssis derbidə heç-heçənin onları qane etməyəcəyini bildirib:

"Bizi çox önəmli bir derbi gözləyir. Rəqibimiz turnir cədvəlində qonşumuzdur. Bu görüşdə heç-heçə bizi qane etməyəcək. Ancaq düşünmürəm ki, qələbə qazanan tərəf üçün mövsüm başa çatacaq. Qarşıda hələ 6 oyun var".

Qeyd edək ki, "Maneçester Yunayted" - "Mançester Siti" oyunu sabah, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az