[ 11 Aprel 2015 12:28 ]



Bakı. Fərid Mirzəyev – APA. “Yerli telekanalların efirində uşaq verilişlərinin qıtlığı açıq-aydın hiss olunur”.

 

APA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrində məlumat verilib.

 

Monitorinq nəticələrinə əsasən bədii film çəkilişində son dövrlərdə yaranmış canlanma cizgi filmləri istehsalında hiss olunmur: “Son vaxtlar ölkədə yeni-yeni bədii filmlər çəkilsə də, bunu cizgi filmləri barədə söyləmək olmaz. Məsələn, “Lider” televiziyasının proqram səbətində ümumiyyətlə, uşaq verilişi yoxdur”.