"Liverpul" rəhbərliyi yay "transfer pəncərəsi"ndə Rahim Sterlinqlə yolları ayırmaq niyyətində deyil.

Metbuat.az xəbər verir ki, "qırmızılar" 2017-ci ildə yarımmüdafiəçinin azad agent kimi komandanı tərk etməsi ehtimalını gözə alıblar. Buna baxmayaraq, klub rəhbərliyi riskə getməyə hazırdı.

"Mançester Yunayted" və "Arsenal" gənc futbolçu ilə yaxından maraqlanırlar.

Cari mövsümdə 45 matçda meydana çıxan Sterlinqin aktivində 10 qol, 8 məhsuldar ötürmə var.