Bakıda hündürmərtəbəli yaşayış binalarının birində yanğın başlayıb
Paylaş
10 Aprel 2015, 20:02·422 baxış·1 dəq oxu
Bakı. 10 aprel. REPORT.AZ/ Bakının Xətai rayonundakı hündürmərtəbəli yaşayış binalarının birində yanğın başlayıb. "Report"un məlumatına görə, məşhur "Nargilə" kafesinin yaxınlığında baş vermiş yanğını söndürməyə Xətai, Nizami və Nəsimi rayonlarından yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.