Bakı, 10 aprel, AZƏRTAC 
Aprelin 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət ocaqlarında Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə “Açıq qapı” günü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, həmin gün “Gənc turist” klublarının üzvləri, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələrinin paytaxtdakı mədəniyyət mərkəzləri və muzeylərə ekskursiyaları təşkil ediləcək.