Bakıda avtoxuliqanlıq edən daha bir şəxs cəzalandırılıb.Onun barəsində toplanmış material Nizami rayon Məhkəməsinə göndərilib
Bu barədə report-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Ceyhun İslam oğlu Səlimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılıb. Barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilb. Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinərək bir il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə yanaşı 500 manat cərimə inzibati tənbehi tətbiq edilib.
Milli.Az