NBA-da "Klivlend" və "Portlend" komandaları arasında oynanılan matçda maraqlı və bir o qədər də qeyri-adi bir epizod qeydə alınıb.

Metbuat.az-ın xəbərinə görə, "Klivlend"in basketbolçusu Kendrik Perkins top əlində olarkən yerində 9 addım ataraq diqqət mərkəzinə düşüb. Bu, basketbol qaydalarına ziddi. Tez-tez belə qayda pozuntuları olsa da, indiyə kimi 9 addım atan bir basketbolçuya rast gəlinməmişdi. Həmin anları təqdim edirik.