Amerika Milli Hokkey Liqasının müntəzəm çempionatında mübarizə davam edir.

Metbuat.az-ın xəbərinə görə, ötən gecə NHL-də ümumilikdə 11 qarşılaşma keçirilib. Gecənin mərkəzi matçında "Sent Luis" "Çikaqo"nu qəbul edib. Ev sahibləri Jaskin və Stastninin sayəsində 2:1 hesabı ilə qalib gəlib. Bir digər maraqla gözlənilən görüşdə isə "Ottava" "Reyncers"i məğlub edib.

Ümumi nəticələrə nəzər salaq:

"Reyncers" - "Ottava" - 0:3

"Filadelfiya" - "Karolina" - 1:3

"Monreal" - "Detroyt" - 4:3 (overtaym)

"Tampa Bey" - "Nyu-Cersi" - 4:3 (overtaym)

"Florida" - "Boston" - 4:2

"Neşvill" - "Minnesota" - 2:4

"Sent Luis" - "Çikaqo" - 2:1

"Kalqari" - "Los Anceles" - 3:1

"Kolorado" - "Vinnipeq" - 1:0 (bullit)

"Edmonton" - "San Xose" - 1:3

"Vankuver" - "Arizona" - 5:0