[ 10 Aprel 2015 12:54 ]



 

Bakı. Fuad Cəfərov – APA. Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 10-da saat 01.00 radələrində Hacıqabul şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini İlqar İsmayılov vurulub, nəticədə piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.