Dani Alves uzun müddətdir formasını geyindiyi “Barselona”nı tərk etməyə hazırlaşır.
Metbuat.az-ın xəbərinə görə, braziliyalının meneceri Dinora Santana müştərisinin katalon klubunun 3 illik müqavilə təklifini rədd etdiyini bildirib:
“Alvesin müqavilə müddətinin uzadılması ilə bağlı klubla razılığa gələ bilmədik. Danışıqlar bitdi. Müqaviləsinin sonuna qədər əlindən gəldiyi qədər komandaya kömək etməyə çalışacaq. Klub onun istədiyi kimi, 3 illik müqavilə təklif etdi. Ancaq Daninin performansını yüksək səviyyədə saxlamaq üçün matçların 60 faizində oynamaqla bağlı qoyulan şərt onu qane etmədi. Bu səbəbdən də Alvesin cavabı müsbət yöndəolmadı”.
Santana başqa klublarla danışıqlar apardıqlarını da sözlərinə əlavə edib.