Bakı. 9 aprel. REPORT.AZ/ Dövlət Film Fondu Azərbaycan kinosunda fədakar xidmətləri olan sənətkarların yubileylərini keçirəcək.
"Report" xəbər verir ki, tədbirlərə aprelin sonundan başlayaraq start veriləcək.
İlk tədbir görkəmli sənətkar Muxtar Avşarovun 100 illik yubileyi münasibətilə keçiriləcək.
Azərbaycan kinosunda müstəsna xidmətlər göstərmiş operator Əsgər İsmayılovun xatirəsinə həsr edilən tədbirin də aprel-may ayında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə "Heydər Əliyev və Azərbaycan kinosu" adlı tədbirin keçirilməsi də Dövlət Film Fondunun tədbirlər planına daxil edilib.