Teylor Svift kifayət qədər məşhur müğənnidi. Onun dünyadakı fanatlarını say, say bitməz.
Şont Sent-Ledjer – bu ad isə yəqin ki, sizlərə tanış deyil. Böyük ehtimalla, düşünürsünüz ki, Ledjer və Sviftin nə əlaqəsi?
Qeyd edək ki, Şont Sent-Ledjer “Orlando Siti”də Kakanın komanda yoldaşıdı.
Metbuat.az –ın xəbərinə görə, yeni il ərəfəsində ikilinin birgə çəkilmiş fotosu sosial şəbəkələrdə böyük səs-küy yaradıb. Hətta bir sıra xarici mətbuat orqanlarında onların sevgili olduğu barədə məlumat yayılıb.
Son olaraq irlandiyalı futbolçu RTE şou proqramının canlı yayımına bağlanıb. Ancaq Ledjer hamının cavabını gözlədiyi suala konkret olaraq aydınlıq gətirə bilməyib.
