Bakının Binəqədi rayonunda axtarışda olan şəxs həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olan 1955-ci il təvəllüdlü Qəhrəman Məhəmməd oğlu Cəfərov tutulub.

İlkin araşdırmalara zamanı onun bizneslə məşğul olduğu müəyyənləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şəhriyar ƏLİZADƏ