[ 09 Aprel 2015 06:42 ]
Bakı. Mahir Məmmədli - APA. Gecə saatlarında Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Xətai rayonunun ərazisində, Afiyəddin Cəlilov və Natiq Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.
“İveco” markalı avtobusun “Chevrolet” markalı minik avtomobil ilə toqquşması nəticəsində avtobus aşıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb.
Hazırda hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.