“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini komandasının hücum xəttini gücləndirmək niyyətindədi. Çilili mütəxəssis xüsusilə də hava toplarına yaxşı çıxa biləcək uzunboylu futbolçuların axtarışındadı.
Metbuat.az-ın xəbərinə görə, Pelleqrininin bu açıqlamasına reaksiyalar gecikməyib. Onların arasında ən maraqlısı “Stok Siti”nin forvardı Piter Krauçdan gəlib. Pit “Twitter”də atdığı tvitlə gündəmə gəlib:
“Siti”nin baş məşqçisi yayda uzunboylu futbolçulara sərmayə yatıracaqlarını bildirib. O, əlavə edib ki, bu futbolçu ingilis olmalıdı. Mən isə “Stok Siti”də xoşbəxtəm”.
Bu tvit qısa zaman ərzində sosial şəbəkədə top trend olub.
