Azad Rəhimov: "IV İslam Həmrəyliyi Oyunlarında büdcə böyük olmayacaq"
Azərbaycanın İslam dünyasında rolu ilə bağlı fikir bildirən A.Rəhimov ölkənin İslam Oyunlarına namizədliyinin irəli sürülməsindən və bu qərarın dəstəklənməsindən danışıb.
"Əminəm ki, bu oyunlar xalqlarımızın birliyində böyük rol oynayacaq. Öz gücümüzü səfərbər edərək bu yarışları yüksək səviyyədə təşkil etməyə nail olacağıq" - nazir qeyd edib.
A.Rəhimov İslam Oyunlarının büdcəsindən də danışıb: "Evsahibliyi sazişləri müxtəlif təşkilati məsələlərə toxunur. Bizim öhdəliklərimiz Azərbaycana gələn idmançıların təhlükəsizliyi, nəqliyyat, qidalanma və digər məsələlərdir. Hazırda I Avropa Oyunlarında istifadə olunacaq atletlər kəndi İslam Oyunları zamanı da istifadəyə veriləcək. Büdcədən danışmaq tezdir. Amma Olimpiya və Avropa Oyunları ilə müqayisədə burada yol xərcləri idmançıların öz üzərinə düşür. Digər böyük tədbirlərlə müqayisədə büdcə böyük olmayacaq".
Azad Rəhimov İslam Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların sayını da açıqlayıb: "Azərbaycandan yüzdən artıq idmançı iştirak edəcək. Burada lisenziya qazanmağa ehtiyac yoxdur. Ev sahibi olduğumuz üçün çalışacağıq ki, bütün idman növlərində iştirak edək. Çalışacağıq ki, səhv etmədən mədəni proqramlar da təşkil edək".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10