CAR milli komandasının sabiq üzvü Riçard Henyaken avtomobil qəzasında dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, afrikalı futbolçu avtomobilində yük maşını ilə toqquşub.

“Fri Steyt Starz” klubunun 31 yaşlı hücumçusu hadisə yerində keçinərək, maşında olan digər 4 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlar xəstəxənaya çatdırılıb, hazırda onların vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS