[ 07 Aprel 2015 16:13 ]



 

Bakı. Fuad Cəfərov – APA. Bakıda 21 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

 

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Süleyman Sani Axundov küçəsi 3 c ünvanında yerləşən tikintidə qeydə alınıb.

 

Həmin tikintidə fəhlə işləyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nahid Əzizxan oğlu Əliyev beşinci mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.